azia.az
azia.az

Azərbaycanda polisi tavayla vurdular

20-12-2021, 14:35

Azərbaycanda polisi tavayla vurdular
Dekabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiq Quliyevin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib.

DİN-dən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəliblər.

F.Quliyev nizam-intizama dəvət olunub, lakin o, polis əməkdaşlarını təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanıb.

Xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı F.Quliyev saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi