Bakıda amansız cinayət baş verib
Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
Bu barədə Oxu.Az-a mərhumun qardaşı Elşən Atakişiyev məlumat verib.
O bildirilib ki, qardaşı bu gün vəfat edib:
“Qardaşım - 1979-cu il təvəllüdlü Atakişiyev Ramil Mobil oğlu yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada isə naməlum şəxs tərəfindən döyülüb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb”.
Mərhumun iki övladı var.