Bakıda ər ondan boşanmaq istəyən arvadına 16 bıçaq zərbəsi endirdi
Xətai rayonu General Şıxlınski küçəsi 29/42 D, mənzil 257 ünvanında həyat yoldaşı tərəfindən bıçaqlanan 1986-cı il təvəllüdlü Rəsulova Əfsanə Əlimirzə qızı 3 saylı şəhər klinik xəstəxanasında əməliyyat edilib. Biri döş qəfəsinə daxil olmaqla 16 bıçaq xəsarəti alan qadın hazırda reanimasiya şöbəsində saxlanılır və vəziyyəti ağırdır.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən ağır bədən xəsarəti yetirmə) maddəsi ilə iş başlanılıb. Ə.Rəsulovanı dindirmək hələlik mümkün deyil.
Hadisənin Ə.Rəsulovanın əri, Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Zahid Zakir oğlu tərəfindən törədilməsi artıq dəqiqləşib və onun tutulması istiqamətində iş aparılır.
***
03:06
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Şıxlinski küçəsindəki binalardan 29 /41 D ünvanında yaşayan 29 yaşlı Əfsanə Əlmirzə qızı Rəsulova ilə həyat yoldaşı arasında mübahisə düşüb.
Mübahisəyə Əfsanə Rəsulovanın həyat yoldaşından ayrılmaq istəməsi olub. Boşanmaq istəməyən ər həyat yoldaşını və onları sakitləşdirməyə çalışan rəfiqəsini bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Əfsanə Rəsulova xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, qadında 15 bıçaq xəsarəti müəyyən olunub.
Əfsanə Rəsulovanın rəfiqəsi əlindən yüngül xəsarət aldığından, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Polis əməkdaşları arvadını bıçaqlayan əri axtarır.