azia.az
azia.az

TƏCİLİ-Azərbaycanda faciə ilə nəticələnən hadisə baş verib

24-01-2022, 11:06

TƏCİLİ-Azərbaycanda faciə ilə nəticələnən hadisə baş verib
Azərbaycanda faciə ilə nəticələnən hadisə baş verib.

Azia.az "Report"a istinadən xəbər verir ki, baş vermiş hadisə nəticəsində Sumqayıt sakini öz evində diri-diri yanaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi