azia.az
azia.az

Bakıda əşya bazarında biznesmenlər arasında qanlı dava — Silahlı insidentin şok təfərrüatı

7-01-2022, 10:57

Bakıda əşya bazarında biznesmenlər arasında qanlı dava — Silahlı insidentin şok təfərrüatı
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Loğman Ağayev 1988-ci il təvəllüdlü Natiq Çələbiyevi odlu silahdan açdığı atəş nəticəsində çoxsaylı xəsarətlər yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Loğman 15 oktyabr 2020-ci ildə, saat 9 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən “Əşya bazarı”nın yaxınlığında olan meyvə bazarında nar alarkən əvvəlcədən ədavəti olmuş Yalçın ilə mübahisə edən zaman əvvəlcədən tanıdığı sonuncunun şəriki Natiq onlara yaxınlaşıb.


Natiq onların mübahisəni sakitləşdirmək əvəzinə Loğmanı itəliyərək ünvanına nalayiq ifadələr işlədib və onların onu təkləməsindən əsəbləşdiyindən yaşadığı evə gedib. Evdən ov silahını götürüb və idarə etdiyi “BMW” markalı avtomobili ilə mübahisə baş verən yerə qayıdıb.

Orada yalnız Natiqi gördüyü üçün sonuncudan intiqam almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, niyyətini qətiləşdirdikdən sonra idarə etdiyi avtomobildən düşməyərək həmin silaha Natiqə nişan alaraq atəş açıb. Atəş nəticəsində sonuncuya xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhəri, “20 yanvar” küçəsində yerləşən icarə əsasında yuyucu tozu, şampun və digər malların satışı ilə məşğul olub: “Təxminən bir neçə müddətdir ki, Yalçın ilə münasibətlərimdə problem olub. Yalçın həmçinin bibim oğlunun kirvəsi olduğuna görə onunla qohumluq əlaqələrim var. Bir neçə ay bundan əvvəl qardaşım Eminlə Yalçının xalası oğlu Anar arasında ticarətlə məşğul olduqları yarmarkada kiçik mübahisələri olub. Həmin mübahisənin sabahı münasibətlərimizi yoluna qoymaq üçün hamımız görüşdük. Həmin vaxt orada Yalçınla sözlərimiz düz gəlmədiyi üçün mübahisəmiz oldu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 15 oktyabr 2020-ci ildə, səhər saat 9 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən “Əşya bazarı” deyilən ərazinin yanında olan meyvə bazarından nar şirəsi hazırlamaq üçün nar almağa gedib: “Həmin vaxt Yalçın da bazarda olub. Yalçın yanımdan keçərkən mənə salam vermədim. Həmin vaxt Yalçınla danışmadığımdan sonuncu ilə aqressiv formada salamlaşdım. Yalçın bu formada salam verdiyim üçün mənimlə mübahisə etməyə başladı. Yalçınla mübahisə edərkən sonuncunun yanına kənardan bir neçə adam gəldi. Bunlardan biri də Yalçının şəriki Natiq olub. Yalçınla tutuşduğum zaman Natiq bizi ayırmaq əvəzinə, mənə qarşı nalayiq ifadələr işlətdi, Yalçından uzaq durmağımı dedi, məni itələdi”.

Loğman qeyd edib ki, tək olduğu üçün Yalçınla Natiqin bu hərəkətlərinə çox əsəbləşib: “Həmin vaxt kənardan Əlizamin adlı şəxs bizi araladı və mənə getməyimi dedi. Mən də ağsaqqalın sözünə qulaq asaraq getdim. Lakin sonradan Yalçınla Natiqin birləşərək mənə qarşı bu formada hərəkət etdiklərini düşündüm. Əsəbləşdiyimdən evə getdim, 2017-ci ildə ovçulardan aldığım, rəsmi adına şəhadətnaməsi olan ov silahını götürdüm. Yenidən idarə etdiyim “BMW” markalı avtomobilim ilə bazara geri qayıtdım. Həmin vaxt Yalçını görməsəm də, Natiq bazarın yanında dayanacaqda olub. Yalçını orada görməyərək bazarda olduğunu düşündüm. Lakin sonuncunu vurmaq üçün bazara daxil olaraq orada camaatı qorxuya salmaq istəmədim. Buna görə də Natiqi vurmaq qərarına gəldim. Həmin vaxt Natiq mənim əlimdəki silahı görərək təşvişə düşdü. Maşından düşərək Natiqə yaxın məsafədən atəş açmağa imkanım olsa da, ölə biləcəyini düşündüm, bunu etmədim”.

Loğmanın ifadəsinə görə, 3 ildən artıq həmin silahla ovçuluqla məşğul olduğundan və silaha yerləşdirdiyi qırmanın uzaq məsafədən öldürücü olmadığını, yalnız xəsarət yetirə biləcəyini bildiyi üçün avtomobildən düşməyib, Natiqi qorxutmaq üçün təxminən 30-35 metrlik məsafədən “siz kişi deyilsiz, kişi tək söhbət edər” deyib, ona tərəfə atəş açıb: “Açdığım atəşin Natiqə dəydiyini və sonuncunun yerə yıxıldıqdan sonra hərəkət etdiyini gördüm. Avtomobilimdə əlavə patronum və Natiqə yenidən atəş açmaq şəraitim olsa da, niyyətim onu öldürmək olmadığından oranı tərk etdim, evimə qayıtdım. Daha sonra maşını evin qarşısında saxladım, evə qalxdım. Həmin vaxt bacım qızı ilə evdə olub. Silahı həyətyanı sahədə gizlətdim. Sonra da baş verənlər barədə danışaraq Şamaxı rayonuna getmək üçün evdən çıxdım. Taksiyə minərək əvvəlcə Xırdalan şəhərinə qardaşım Eminin yanına getdim. Bundan təxminən 1 saat sonra Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları məni taparaq polis idarəsinə gətirdilər”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi