azia.az
azia.az

Bacısına “salam” yazmış gənci bıçaqlayan Sumqayıt sakini məhkəmə qarşısında

12-04-2019, 17:02

Bacısına “salam” yazmış gənci bıçaqlayan Sumqayıt sakini məhkəmə qarşısındaBakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama əsasən, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən A.Rəşidov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində B.Allahverdiyevin onun kiçik bacısının "vatsap"ına "salam" yazdığını deyib: "Bacım mənə göstərdi. Ona yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı "vatsap"da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla 2 zərbə endirdim".
Prosesdə zərərçəkmiş B.Allahverdiyev dindirilib. O qeyd edib ki, telefonunun "vatsap" statusunda tanımadığı nömrəyə "salam" yazıb: "Bilmirdim ki, həmin şəxs Ataşın bacısıdır. Sonra Ataş məni təhqir edib, bizə gəldi. Qapını bacım açıb, məni çağırdı. Ataş mənimlə salamlaşan zaman digər əlində olan bıçaqla məni vurdu. Yerə yıxıldım. Evə girib qapını bağladım. Üst-başım qan içindəydi”.
Məhkəmə prosesi aprelin 19-da davam edəcək.
Qeyd edək ki, A.Rəşidov barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi