Azərbaycanlı sürücü Rusiyada bədbəxt hadisə nəticəsində ölüb
Azərbaycandan Ukraynaya məhsul aparan sürücü yolda bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə yanvarın 4-də qonşu Rusiya dövləti ərazisində baş verib.
Azia.az APA-ya istinadən xəbər verir ki, Balakən rayonu Tülü kənd sakini Əfqan Akqubayev idarə etdiyi iritonnajlı yük maşını ilə qonşu Rusiyanın Volqoqrad vilayəti yaxınlığında hərəkətdə olarkən maşında nasazlıq yaranıb.
Maşında baş verən nasazlığı aradan qaldırmaq məqsədi ilə təmir işləri aparan zaman baş verən bədbəxt hadisə nəticəsində Ə.Akqubayev ağır xəsarətlər alıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda Ə.Akqubayevin nəşinin Dağıstan ərazisindən Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Ə.Akqubayev keçən il dekabrın 30-da Balakən rayonundan Ukraynaya xurma aparmaq məqsədilə iritonnajlı yük maşını ilə yola çıxıb.