Azərbaycanda Novruz tonqalında BƏDBƏXT HADİSƏ: 11 yaşlı uşaq...
"Azia.az"a verilən məlumata görə,uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Daşkəsən rayonun Alunitdağ qəsəbəsində qalanan çərşənbə tonqalının kənarına toplaşan uşaqlardan biri - 11 yaşlı oğlan yıxılaraq başı daşa dəyib.
Ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aybəniz Abdulova