Avtomobil aşdı,sürücü hadisə yerində öldü
Hadisə Goranboyda olub
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib. İstiPressin qərb bürosu xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini 33 yaşlı Mahir Mirzəyev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.