azia.az
azia.az

Narkotikdən istifadə edən sürücülər saxlanıldı - FOTO

22-12-2021, 14:35

Narkotikdən istifadə edən sürücülər saxlanıldı - FOTO
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrdən istifadə edərək avtomobil idarə edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakinləri Təbriz Cavadov və Fəqan Səfərəliyevin idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.

Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Narkotikdən istifadə edən sürücülər saxlanıldı - FOTO
Narkotikdən istifadə edən sürücülər saxlanıldı - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi