azia.az
azia.az

Qubada “patı” istifadə edən dəstə yaxalandı

26-08-2021, 16:43

Qubada “patı” istifadə edən dəstə yaxalandı
Xaşxaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Azia.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon sakini Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərli saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi