azia.az
azia.az

Azərbaycanda polis serjantı qəzada həyatını itirdi

17-12-2021, 13:16

Azərbaycanda polis serjantı qəzada həyatını itirdi
Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verməsi nəticəsində polis serjantı Nuriyev Əli dünyasını dəyişib, bu barədə APA informasiya agentliyi məlumat yayıb.

Hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.


1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi "KİA” markalı avtomobillə dairədə "MAN” markalı yük avtomobilinə çırpılıb və minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb. Ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır.


Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi