Bakıda avtomobil gənc qızı vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Azia.Az”ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Musayeva Mələkxanım Rəhim qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Aybəniz Abdulova.