azia.az
azia.az

SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR

21-10-2021, 08:44

SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.



Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən "Chevrolet Cruze" markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.

Nəticədə Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan "Mercedes" markalı avtomobil və "Toyota Prius" markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən "Mercedes"in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. "Toyota Prius"da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR
SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR
SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR
SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR
SON DƏQİQƏ: Bakıda polis avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib - YARALILAR VAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi