Azərbaycan polisi Xankəndinə girən iki iranlını SAXLADI - DİN-dən AÇIQLAMA
Azərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Azia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:
"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".