azia.az
azia.az

İran TIR-ları Gorus-Qafan yolunda belə saxlanılıb - Sürücülər arasında soydaşlarımız da var - VİDEO

14-09-2021, 18:15

İran TIR-ları Gorus-Qafan yolunda belə saxlanılıb - Sürücülər arasında soydaşlarımız da var - VİDEO
İrandan Ermənistana yük və neft məhsulları daşıyan TIR-lar Gorus-Qafan yolunda ilişib qalıb.

Azia.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

"Azadlıq" radiosunun Ermənistan bürosunun apardığı çəkilişdən belə görünür ki, TIR sürücüləri arasında Cənubi Azərbaycandan olan soydaşlarımız da var.

Qeyd edək ki, Qubadlı rayonu ərazisindən keçən Gorus-Qafan yolunda Azərbaycanın polis, sərhəd və gömrük postu qurulub. Artıq neçə gündür ki, İrandan Ermənistana və Azərbaycanın Xankəndi şəhərinə qanunsuz gedən İrana məxsus yük maşınlarının yoxlanışına başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi