azia.az
azia.az

Ermənilərin fotosunu yaydığı gömrük qəbzləri ilə bağlı açıqlama: "Bəlkə də fotoşopla düzəldiblər, amma..."

13-09-2021, 11:33

Ermənilərin fotosunu yaydığı gömrük qəbzləri ilə bağlı açıqlama: "Bəlkə də fotoşopla düzəldiblər, amma..."
"Ermənistan mediasında Azərbaycanın Gorus-Qafan yolunun öz suveren ərazisindən keçən hissəsində İran maşınlarından dövlət rüsumu aldığına dair qəbz paylaşılıb”.

Azia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, qəbzin üzərində "Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var:

"Qafan-Gorus yolu bu idarəyə daxil olmadığı üçün yayılan qəbz şübhə doğurub. Birincisi, qəbzi Qafan-Gorus yolunda İran maşınlarının yoxlanılması ilə bağlı statusun şərh bölümündə "erməni mediası belə bir qəbz yayır” qeydi ilə paylaşmışam: qəbz mütləqi-həqiqətdir deyə yazmamışam.

Ermənilərin fotosunu yaydığı gömrük qəbzləri ilə bağlı açıqlama: "Bəlkə də fotoşopla düzəldiblər, amma..."

İkincisi, qəbzin üzərindəki tarix "12 sentyabr 2021-ci il” göstərilir: ermənilərin qəbzi internetdən götürdüyü və Qafan-Gorus yolu ilə bağlı təbliğatda istifadə etdikləri mümkündür, amma belə qəbzlərin internetdən götürməyin mümkün olub-olmadığı maraqlıdır; ermənilərin bu tarixdə qəbzi dərhal tapmaları şübhəlidir, amma istisna deyil ki, qəbz fotoşopla da düzəldilə bilər. Hərçənd, Azərbaycanın öz suveren ərazisindən keçən maşınlardan rüsum alması təbii haqqıdır və ermənilər "feyk-news”la heç nəyi dəyişdirə bilməz, yaxud bizim əleyhimizə nəsə əldə edə bilməzlər.

Üçüncüsü, Gorus-Qafan yolunda İran maşınlarının yoxlanılması işini Cənub Ərazi Baş Gömrük İdarəsi həyata keçirməsi də mümkündür:

- Gorus-Qafan yolunda gömrük işi təşkil edilmədiyi üçün bu idarəyə tapşırıla bilər;

- Bu yoldan əsasən İran maşınları keçdiyi üçün cənub qonşumuzla gömrük işini həyata keçirən Cənub Ərazi Baş Gömrük İdarəsi Gorus-Qafan yoluna da nəzarət edir;

- Həmin yol Azərbaycanın cənub rayonları olan Zəngilan-Qubadlı ərazisinə düşür, lakin sərhədin rəsmi delimitasiyası həyata keçirilmədiyi üçün gömrük sistemi qurulmayıb və gələcəkdə istisna deyil ki, bu bölgə də Cənub Ərazi Baş Gömrük İdarəsinin səlahiyyət coğrafiyasına daxil edilsin: o bölgədə hələ ki gömrük işinə ehtiyac olan yer Gorus-Qafan yolunun 21 kilometrliyidir və Gömrük İdarəsi həmin bölgədə de-fakto işləyir;

- Yaxud ümumiyyətlə gömrük işi qurulmayıb, lakin İran maşınlarından dövlət rüsumun alınması qarşılığında verilən qəbzlər Cənub Ərazi Baş Gömrük İdarəsinə aiddir.

Şübhələrə əsas ola bilər, məsələni dəqiqləşdirməyə çalışacam. Ona şübhə yox ki, İran maşınları Gorus-Qafan yolunda Azərbaycanın "qılıncının altından keçir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi