azia.az
azia.az

Günay Babayeva ərini xilas etmək üçün ondan polisə şikayət etdi

19-07-2019, 16:21

Günay Babayeva ərini xilas etmək üçün ondan polisə şikayət etdi
Azia.az təqdim edir. Saray qəsəbə sakini, 41 yaşlı Rəfael Babayev dəmir barmaqlıqlar arxasındadır. O, həyat yoldaşının şikayəti əsasında həbs olunub. Maraqlısı budur ki, qadın ərindən polisə şikayət etməklə onun həyatını qurtaracağını zənn edib. Mənzilə baxış keçirən əməliyyatçılar nə az - nə çox, 7 kiloqram tiryək aşkarlaylıblar. Mənzil sahibi isə narkotik vasitə istifadəçisi olduğunu boynuna alsa da, evindən tapılan tiryəkin ona məxsus olmadığını deyir.Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 41 yaşlı Rəfael Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Virtualaz.org-un xəbərinə görə, Rəfael Babayev bu il yanvarın 9-da Astara şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə əldə edib, Saray qəsəbəsindəki evində saxlayıb. İki gün sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı evə baxış keçiriblər. Baxış zamanı mənzildən 7 kiloqram tiryək və elektron tərəzi aşkarlanaraq götürülüb.
R.Babayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi