Ticarət mərkəzi boşaldıldıTicarət mərkəzində Fövqəladə hallar Nazirliyi təlim keçirib.
Məqsəd ticarət mərkəzində çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını xatırlatmaq idi.
Səhər saatlarında keçirilən təxliyyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzini tərk edib.
15 dəqiqə ərzində davam edən təxliyyə təlimində ticarət mərkəzi boşaldılıb. Ərazini ən son ticarət mərkəzinin təhlükəsizlik xidməti tərk edib.
Təlim bitdikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam edib.
Qeyd edək ki, təxliyyə təlimi il ərzində 2 dəfə həyat keçirilir.
publika.az