azia.az
azia.az

Şəhidin ad günü məclisi icra nümayəndələri və polislər tərəfindən dağıdılıb? - AÇIQLAMA

26-08-2021, 11:48

Şəhidin ad günü məclisi icra nümayəndələri və polislər tərəfindən dağıdılıb? - AÇIQLAMA
44 günlük Vətən müharibəsi şəhidi Elkiyar Məmmədovun ailəsi Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Polis Şöbəsindən narazıdır.

Azia.az-in məlumatına görə, ailə “oxu.az”a bildirib ki, avqustun 7-də Elkiyar Məmmədovun ad günü ilə bağlı mərasim keçiriblər:

“Astaranın Ərçivan kəndində şəhidin doğum gününü qeyd edirdik. Rayonun İcra Hakimiyyəti nümayəndələri və Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov tərəfindən şəhidə və uşaqlarına hörmətsizlik edildi. Onlar məclisi dağıtdı, bayraqları bükü kənara atdılar”.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, ailənin səsləndirdiyi iddialar əsassızdır, həqiqəti əks etdirmir:

“Şəhidin anım mərasimində Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də iştirak ediblər. Həmin mərasimə heç bir müdaxilə olmayıb”.

Qeyd edək ki, Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə vuruşub və oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi