General-polkovnik Elçin Quliyev şəhidin üç mərasimində iştirak edib - QAZAXDA
Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdikləri təxribatlar nəticəsində Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu, həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Bu gün Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbçimiz – Əlləzov Əlləz Ələddin oğlunun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində üç mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və generallar şəhidin üç mərasimində iştirak ediblər. Şəhidin atası Əlləddin Əlləzovla görüşüb, başsağlığı veriblər. Bütün şəhidlərimiz kimi, onun övladının da xatiəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd ediblər. Bildiriblər ki, bütün şəhid ailələrinə qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Şəhidin atası da öz növbəsində onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına ailəsi adından minnətdarlığını bildirib.