azia.az
azia.az

İsmayıllıda şəhidin ad günü məzarı yanında qeyd olundu - FOTOLAR

1-06-2021, 10:57

İsmayıllıda şəhidin ad günü məzarı yanında qeyd olundu - FOTOLAR
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsmayıllı rayonunun Cülyan kəndindən olan Osmanlı Teymur Saday oğlununun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub.

Sfera.az xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Teymur Osmanlı yaşasaydı 26 yaşını qeyd edəcəkdi.

Anım mərasimində şəhidin həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid Teymurun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

Daha sonra Cülyan kəndindən olan, Birinci Qarabağ müharibəsi şəhidi Bağırov Çingiz Kərəm oğlunun da məzarı ziyarət edilib. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbir çərçivəsində hər iki şəhidin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Cülyan kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi