azia.az
azia.az

Pişik cırmaqlayan yeniyetmə qızı ölümə tərk etdilər - Bakıda həkim məsuliyyətsizliyi - FOTO

17-08-2021, 14:32

Pişik cırmaqlayan yeniyetmə qızı ölümə tərk etdilər - Bakıda həkim məsuliyyətsizliyi - FOTO

Bakıda pişik cırmaqlayan yeniyetmə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həkimlər onu xilas etməkdən imtina ediblər. Yeniyetmə qız elə yüksək temperaturla xəstəxanaya qəbul edilmədən evə göndərilib.

Bu barədə Xətai rayonu, Gəncə prospekti 50 ünvanında yaşayan Rəna Mirzəyeva BAKU.WS-in “qaynar xətt”inə məlumat verib.

Onun sözlərinə görə, 21.01.2007-ci il təvəllüdlü Aysel Nurlan qızı Mirzəyevanı pişik cırmaqlayıb. Pişik xəstə olub və qızı cırmaqladıqdan sonra ölüb.

Sonradan Aysel Mirzəyevanın temperaturu qalxıb. Onu həkimə aparıblar və quduzluğa qarşı peyvənd vurulub. Lakin yeniyetmənin temperaturu düşməyib.

Sonradan onu 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) aparıblar. Orada bildirilib ki, qızı N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparsınlar.

Axşam saatlarında yüksək temperaturlu Aysel Mirzəyeva halsız vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibb müəssisəsinin növbətçi həkimi xəstəxanada boş yer olmadığını bildirib.

Qeyd ediblər ki, Aysel Mirzəyeva ayrıca palataya yerləşdirilməlidir. Lakin boş palata yoxdur. Deyiblər ki, qızı səhər gətirsinlər. Beləliklə, Aysel Mirzəyeva halsız halda evə aparılıb. Nəticədə yeniyetmə bu gün səhərə qədər temperaturla mübarizə aparıb və halsız olub.

Məsələyə aydınlıq gətirmək üçün 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Rəna Axundova ilə əlaqə saxladıq.

Pişik cırmaqlayan yeniyetmə qızı ölümə tərk etdilər - Bakıda həkim məsuliyyətsizliyi - FOTO

Baş həkim məsələni araşdırdıqdan sonra BAKU.WS-ə bildirdi ki, işinə məsuliyyətsiz yanaşan növbətçi həkim mütləq cəzalandırılacaq.

“Uşağı pişik cırmaqlayıb. Növbətçi həkim mənə dedi ki, qızı xəstəxanaya gətirəndə özləri ayrıca palata istəyiblər. Onu bir il ərzində quduz tuta bilər. Bu işlə məşğul olacağıq. Xəstəxanada yer olub. Hər şeyi başa düşürəm. Həkimlə də danışmışam. Növbətçi həkimin də cəzası veriləcək”, - deyə Rəna Axundova bildirib.

Azia.az-in müdaxiləsindən sonra, nəhayət ki, halsız vəziyyətdə olan Aysel Mirzəyeva xəstəxanaya yerləşdirilib. Rəna Axundovanın tapşırığına əsasən, xəstə ilə maraqlanmağa başlayıblar. Hazırda Aysel Mirzəyeva xəstəxanada müalicə alır.

Pişik cırmaqlayan yeniyetmə qızı ölümə tərk etdilər - Bakıda həkim məsuliyyətsizliyi - FOTO

Ümid edirik ki, işinə məsuliyyətsiz yanaşan və xəstəni ölümə tərk edən növbətçi həkim, həqiqətən də, cəzalandırılacaq. Bu cəza ona və digər işə məsuliyyətsiz yanaşan həkimlərə də ibrət olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi