azia.az
azia.az

Şəkidə pişik sahibini dişlədi

28-08-2017, 17:45

Şəkidə pişik sahibini dişlədi


Şəkidə bir nəfəri it, daha bir nəfəri isə pişik dişləyib.

Unikal.org xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX)APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 24-ü axşam saat 21 radələrində Şəki şəhəri, F.X. Xoyski küçəsi dalan 6 ev 6 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Fuad Oqtay oğlu Cəbrayılov sol ayağın diz nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

F. Cəbrayılovu küçə iti dişləyib. Bu gecə saat 03 radələrində isə Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi ev 262 ünvanında yaşayan 1968-ci il təvəllüdü İlqar Allahverdi oğlu İsmayılov sağ qolun bilək nahiyəsinin pişik dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, İ. İsmayılov özünə məxsus boğuşan iki pişiyi ayırmaq istəyən zaman pişiklərdən biri onun sağ qolun biləyindən dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi