Respublikanskı xəstəxanın Genekologiya şöbəsində ölüm hadisəsi baş verib.
Belə ki, xəstəxanaya müraciət edən hamilə qadın Nailə Zeynalova həkim səhlənkarlığı nəticəsində övladını itirib. Əslən İmişli rayonundan olan N.Zeynalova Respublikanski xəstəxanada müayinəyə gələrək həkimin diaqnozundan sonra keyser əməliyyatı üçün müddət təyin edilib. İmişliyə qayıdan xəstə deyilən tarixin çatmasını gözləyib. iyun ayının 21-də keyser vasitəsi ilə doğuş ediləcəyi halda uşağın ölüm xəbəri yayılıb. Əvəlcədən xəstə sahibləri ilə anlaşan Lalə həkim 800 manat qarşılığında keyseriyə əməliyatı ilə uşağı sağlam şəkildə valideynlərinə təhvil verəcəyini deyib. Doğuş günü təzyiqi qalxan ana həkim tapa bilməyib ki ona xəstəxanada yardım etsin. Təcili müdaxilə edilməli olduğu halda xəstəxanada təzyiq endirilməsi üçün iynənin mövcud olmadığı bildirilib. Bu səbəbdən isə uşaq tələf olub.
Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin və ya qurumun mövqeyini dinləməyə hazırıq.
bakunews.az