azia.az
azia.az

Çaydan tiryək çıxdı

10-08-2021, 15:52

Çaydan tiryək çıxdı
Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Azia.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çay qutusunun içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə - tiryək aşkar edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi