Bakı sakinində narkotik vasitə aşkarlanıb
Bakı şəhər sakinində narkotik vasitə aşkarlanıb.
Azia.Az-ın xəbərinə görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Pirallalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun qəsəbə sakini, 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə məhkum olunmuş Vasif Abdullayev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 107 qram marixuana və qəsəbə ərazisində yerləşən tikilidə gizlətdiyi 1 kq 885 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.