YAP-ın rayon təşkilat sədrinin oğlu həbs edildi
Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb. Azia.az “Report”a istinadən xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur. F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.