azia.az
azia.az

Heydər Əliyev adına Sarayda “Müşviqli günlər” keçirildi...

21-12-2018, 23:42

Heydər Əliyev adına Sarayda “Müşviqli günlər” keçirildi...
Dekabr ayının 21- də Heydər Əliyev adına sarayda Mədəniyyət Nazirliyinin və AzTv televiziyasının birgə həyata keçirdiyi “Müşviqli günlər” ədəbi kompozisiyalı konsert proqramı baş tutdu. Konsert dahi şairimiz Mikayıl Müşviqin 110 illik yubileyinə həsr olunub. Tədbirdə Gülüstan Əliyeva, Səbinə Ərəbli, Nadir Qafarzadə, Nazpəri Dostəliyeva, Almaz Orucova, Gülyaz və Gülyanaq Məmmədovalar, Babək Niftəliyev və digər tanınmış müğənnilər ölməz şairin şeirlərinə həsr olunmuş mahnıları böyük coşqu ilə ifa etdilər.
Heydər Əliyev adına Sarayda “Müşviqli günlər” keçirildi...
Tədbir boyu səslənən; “Necə əl çəkim?”, “Oxu tar”, “Yenə o bağ olaydı”, “Nə qədər yaraşır insana gülmək!”, “Yaşa ürəyim!”, “Yadıma düşdü”, “Ah bu uzun sevda yolu!”, “Səndən küsmərəm” kimi dillər əzbəri olan mahnılar tamaşaçıların zövqünü oxşadı. Keçirilən gecədə musiqilər Mikayıl Müşviq yaradıcılığına həsr olunan qısa xülasilərdən və onun şeirlərindən parçalarla müşahidə olundu.
Aynur Nurlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi