azia.az
azia.az

“Şur” filminin 50 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək

30-06-2017, 16:02

“Şur” filminin 50 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək


İyulun 4-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək.

Lent.az-ın xəbərinə görə, gecədə əməkdar artistlər Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqaları iştirak edəcək.

Filmin yaradıcı heyəti və iştirakçıları filmin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini tamaşaçılarla bölüşəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi