azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanaya professor Cəmil Əhmədlinin nəşrləri daxil olub

24-06-2023, 16:00


Azərbaycanda elmin və təhsilin inkişafında misilsiz xidmətlər göstərmiş fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi,“Şöhrət” ordenli Cəmil Əhmədlinin kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına ailə üzvləri tərəfindən hədiyyə edilib.

Müəllifin 2023-cü ildə çapdan çıxan “Məqalələr toplusu”, “Elmi, fəlsəfi idrakın problemləri”, “Dərs vəsaitləri, dərslik və proqramlar” iki hissədə, “Sosiologiya və cəmiyyət problemləri”, “Fəlsəfə və onun kateqoriyaları” nəşrləri tədqiqatçılar üçün dəyərli elmi mənbə rolunu oynaya bilər.

Kitablarda rasional idrak forması olan nəzəriyyənin mahiyyəti açılır, tipləri göstərilir, qurulma metodları təhlil edilir. Bir nəzəriyyədən digərinə keçidin mexanizmi və amilləri açıqlanır. Nəşrlərdə, həmçinin marksizm-leninizm fəlsəfəsinə dair məqalələr toplusu, qədim  və yeni dövr fəlsəfəsində qanun anlayışı, elmlərin və fəlsəfənin ümumi inkişaf mənzərəsi, materialist dialektikada qanun kateqoriyası və s. mövzular təhlil edilir.

Daxil olan nəşrlər fəlsəfəni öyrənən geniş oxucu kütləsi, ali məktəb tələbələri, habelə müəllimlər üçün faydalı ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi