azia.az
azia.az

Şekspirin bu kitabı 2,5 milyon dollara satıldı

24-07-2022, 12:54

Şekspirin bu kitabı 2,5 milyon dollara satıldı

Məşhur ingilis şairi və dramaturqu Vilyam Şekspirin pyeslərinin ilk dəfə toplu şəkildə nəşr olunduğu "İlk folio" kitabı hərraca çıxarılıb. Xəbər verilir ki, kitab hərracda təxminən 2,5 milyon dollara satılıb. Günümüzə cəmi 232 nüsxəsi çatdığı düşünülən kitabda 36 teatr oyunu yer alıb. Qeyd edək ki, Şekspirin ölümündən 7 il sonra, 1623-cü ildə nəşr olunan "İlk folio" ingilis ədəbiyyatının ən mühüm kitabı hesab olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi