azia.az
azia.az

Rasim Qaracanın ilk kitabı yenidən nəşr olundu

5-02-2016, 13:54

Rasim Qaracanın ilk kitabı yenidən nəşr olundu Rasim Qaracanın ilk şeirlər kitabı, "Ölüm Haqqında Günəş" 14 il aradan sonra təkrar çap olunub. Kitabın yenidən işıq üzü görməsi "Başla" qrupunun təşəbbüsü ilə olub.
56 yaş ərəfəsində şairə hədiyyə etmək istəyən başlaçılar kitabı yeni dizayn və interaktiv elementlərlə çapa hazırlayıblar.
Müəllifin sözlərinə görə, ilk nəşrdə olan şeirlərin bir qismi ixtisar edilib, kitab oxuculara yeni redaksiyada təqdim olunmaqdadır: "Məni tanıyan, adımı eşidən, ancaq nə yazdığımdan xəbəri olmayan yeni nəsil oxuculara ünvanlanıb bu kitab. Hər hansı şeir kitabının yenidən nəşri şair üçün riskli addımdır, zamanın sınağından çıxmaya bilərsən. Hər bir yazar, gec-tez, zaman qarşısında imtahan verməlidir. Eləsə, qoy bu kitab da zamana qarşı bir addım olsun" - bunları R.Qaraca söyləyib.
Qeyd edək ki, kitab 200 səhifədən ibarətdir, ilk kitabda olduğu kimi, şeirlər "əşyalar", "inkar", "erotik", "aranjmanlar", "birlər" başlığı altında toplanıb. Kitabın ikinci basqısı cəmi 100 tirajla buraxılıb. Qiyməti 5 manatdır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi