azia.az
azia.az

MEK tərəfindən ərsəyə gələn növbəti biblioqrafiya işıq üzü görüb

3-06-2022, 18:23

MEK tərəfindən ərsəyə gələn növbəti biblioqrafiya işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən olan növbəti biblioqrafiya işıq üzü görüb.
Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə İbrahim qızı Mehdiyevanın 80 illiyinə həsr olunan biblioqrafik göstərici alimin həyatı, elmi və elmi-təşkilati fəaliyyətinin əsas tarixlərini əks etdirir. Burada alimin monoqrafiyaları, nəşr etdirdiyi kitablar, simpozium, konqres, konfranslarda elmi çıxışları, dövri mətbuat səhifələrində nəşr olunmuş əsərləri və müsahibələri, elmi rəhbərlik etdiyi, rəsmi opponenti olduğu dissertasiya işləri və rəy verdiyi kitablar toplanıb. Kitabın elmi redaktoru akademik Cavad Abdinov, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçi-müəllifləri Sevinc Rzayeva və Könül Məmmədəlilidir.
Nəşr edilən biblioqrafiyada materiallar azərbaycan, ingilis və rus dillərində olmaqla bölmələr üzrə ayrılıb, qruplaşdırılıb və xronoloji qaydada əlifba ardıcıllığı ilə düzülüb.
Təqdim olunan biblioqrafik göstərici fizika-riyaziyyat sahəsində çalışan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi