azia.az
azia.az

MEK-ə yeni daxil olan ədəbiyyatların sərgisi təşkil edilib

12-05-2022, 16:49

MEK-ə yeni daxil olan ədəbiyyatların sərgisi təşkil edilib
MEK-ə yeni daxil olan ədəbiyyatların sərgisi təşkil edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda kitabxananın balansına yeni daxil olmuş nəşrlərdən ibarət sərgi təşkil edilib. Nəşrlər sırasında “Yeni dövrə Liderlə”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” (Rza Talıbov), “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əməkdaşlığı: 2003-2010-cu illər. Monoqrafiya” (Zaur Məmmədov), “Azərbaycan ədəbiyyatının sönməz məşəli. Əzizə Cəfərzadə-100”, “Riyaziyyat işığı altında kainat” (Zülfiyyə Kişiyeva), “Sözün yaşamaq haqqı” (Şirindil Alışanlı), “XIX əsrin sonu XX əsrin əvvəllərində Şamaxıda təhsil və pedoqoji fikrin inkişafı” (Mənsurə İsmayılova), “İnvestisiya proseslərinin idarə edilməsi” (T.M.Əhmədova), “Travmatologiyanın əsasları” (İsmayıl İsayev) və digərləri yer alıb. Müxtəlif elm sahələrini əhatə edən bu nəşrlər, ənənəvi formada və elektron lövhələrdə sərgilənir.
Yeni daxil olan ədəbiyyatlardan təşkil olunan sərgi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bir həftə müddətində davam edəcək.
MEK-ə yeni daxil olan ədəbiyyatların sərgisi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi