azia.az
azia.az

MEK-ə müəlliflər tərəfindən yeni nəşrlər daxil olub

31-01-2022, 16:40

MEK-ə müəlliflər tərəfindən yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) balansına müəlliflər tərəfindən yeni nəşrlər daxil olub. Daxil olan nəşrlər sırasında informatika sahəsinə aid M.Ə.Alışov, A.Ə.Əliyeva, M.S.Xəlilovun həmmüəllif olduqları“Office 2010”, Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları”, İslam Ağakərimovun “Bədii tərcümə və ədəbiyyat haqqında düşüncələr. Размышления oxудожественном переводе илитературе”, o cümlədən Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: xalq şairi Məmməd Araz”, “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər”, müəllifi Adil Nəsibov olan, Azərbaycanın görkəmli bəstəkarı Bəhram Nəsibov haqqında yazılmış “Nəğmələrdə yaşayan ömür” və s. yer alıb.
Qeyd edək ki, MEK-ə mütəmadi şəkildə akademiyanın elmi tədqiqat institutlarından, yerli oqranlardan, müəlliflər tərəfindən, digər kitabxanalardan, xarici ölkələrdən müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olur.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi