azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanada 8 Noyabr Zəfər və 9 noyabr Bayraq Günləri ilə əlaqəli sərgi təşkil edilib

6-11-2021, 08:57

Mərkəzi Elmi Kitabxanada 8 Noyabr Zəfər və 9 noyabr Bayraq Günləri ilə əlaqəli sərgi təşkil edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 noyabr Zəfər Günü və 9 noyabr Bayraq Gününə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində əldə etdiyi tarixi Qələbədən, Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının, həmçinin müharibə iştirakçıları və qazilərin qəhrəmanlıqlarından bəhs edən kitab, qəzet, jurnal materialları, həmçinin bayrağımızın tarixi ilə bağlı dəyərli nəşrlər nümayiş olunur.
Nəşrlər sırasında “Xilaskarlar” (Qəzənfər Paşayev), “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi. Biblioqrafik göstərici” (MEK-in nəşri), “Gədəbəy rayonunun şəhidləri”, “Zəfər Yolu: Qarabağ Savaşından Şuşa Bəyannaməsinədək”, “Qarabağ düyünü” (Aydın Mirzəzadə), “Azərbaycanın Milli Qəhrəmanları” (Vüqar Əsgərov), “Millət yaddaşının keşikçisi” (Rafael Hüseynov), “Bayrağımız Sarsılmaz”, “Qələbə Şəhidləri. Qarabağ Azərbaycandır!”, “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və digərləri yer alır. Mərkəzi Elmi Kitabxanada 8 Noyabr Zəfər və 9 noyabr Bayraq Günləri ilə əlaqəli sərgi təşkil edilib
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın sərgi salonunda keçirilən sərgi karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq təşkil olunub.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi