ETİ-nin şöbə müdiri Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya işıq üzü görüb.
"Qloballaşan dünyada mədəniyyətlərin dialoq mədəniyyəti" adlanan monoqrafiya Rusiyanın Moskva şəhərində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilib.
Üç bölmədən ibarət olan kitabda qloballaşan məkanda mədəniyyətin dialoq mədəniyyəti, etnik mədəniyyət, mədəniyyət kontekstində dialoq və digər məsələlərin tədqiqi öz əksini tapıb. Kitabda qaldırılan və həll edilən problemlər, ilk növbədə, fəlsəfi xarakter daşımaqla, fənlərarası tədqiqatlar üçün metodoloji əsas rolunu oynayır.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]