ETİ-nin şöbə müdiri Elvin Talışınski Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar elmi səfərdə olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 24 fevral 2022-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət Elmləri və
Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialında olub.
E.Talışınski İnstitutun Sankt-Peterburq filialının direktoru sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova ilə görüşərək, fikir mübadiləsi aparıb. İnstitutun elmi kollektivi ilə tanış olan gənc alim, burada aparılan elmi tədqiqatlarla tanış olub. E.Talışınski rəhbərlik etdiyi şöbənin elmşünaslıq sahəsində apardığı tədqiqatları haqqında geniş məlumat verib, iki elmi tədqiqat müəssisəsinin müvafiq şöbələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]