azia.az
azia.az

Elm Tarixi İnstitutunun “Şuşa ili” çərçivəsində yeni layihəsi işıq üzü görüb

22-04-2022, 12:50


Elm Tarixi İnstitutunun “Şuşa ili” çərçivəsində yeni layihəsi işıq üzü görüb
Elm Tarixi İnstitutunun “Şuşa ili” çərçivəsində yeni layihəsi işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitabı işıq üzü görüb. Kitab Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci il Şuşa ili” sərəncamına əsasən hazırlanıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə ərsəyə gəlmiş kitabın məsləhətçisi komitə sədri Fuad Muradov, layihəni rəhbəri və ön sözün müəllifi isə Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəylidir.

Kitab 1752-1920 və 1920-1991-ci illərə qədər Şuşada anadan olmuş, təhsil almış və fərqli səbəblərdən mühacirət etmiş görkəmli şəxslər haqqında ətraflı məlumatı özündə əks etdirir. Hər iki dövrün özünəməxsus xarakterik xüsusiyyətlərini əks etdirən kitabın I dövrü Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək, II dövrü isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Sovetlər Birliyinin dağılmasına qədər olan zaman aralığında Şuşanın xarici ölkələrə mühacirət edən görkəmli şəxsiyyətləri haqqında bioqrafik məlumatları əhatə edir.

Nadir mənbələr, əlyazmalar və arxiv sənədləri əsasında tərtib olunan kitabda Şuşa şəhərinin elmi-yaradıcılıq tarixi və burada dünyaya göz açan görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri, yaradıcılığı sistemli şəkildə tədqiq edilib. Azərbaycan və ingilis dillərində təqdim olunan, Azərbaycanın xüsusilə də Şuşanın tarixi haqqında yeni bilgiləri ehtiva edən kitab əhəmiyyətli mənbə kimi ölkə tarixşünaslığına böyük töhfə hesab etmək olar.

Kitab Azərbaycanın və Cənubi Qafqazın ən böyük mədəniyyət ocaqlarından biri olan Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayında təqdim ediləcək.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi