azia.az
azia.az

MEK-ə “AzerGold”dan yeni kitab daxil olub

11-04-2022, 16:43

MEK-ə “AzerGold”dan yeni kitab daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən “Faydalı qazıntıların kəşfiyyatı və dağ mədən sənayesinin əsasları” adlı yeni kitab daxil olub.
Kanadalı geoloq Robert Stivensin müəllifi olduğu kitabda Azərbaycan ərazisində zəngin filiz yataqlarınının öyrənilməsi, dağ-mədən sənayesi, geologiya, faydalı qazıntı yataqları və onların kəşfiyyatı, tədqiqi, materialların emalı və satışı, həmçinin mövzuya aid digər məlumatlar öz əksini tapıb. Kitab kadr hazırlığı, beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyalarının tədrisi ilə məşğul olan tədqiqatçılar, geoloqlar, tələbə və magistrlar üçün dəyərli vəsaitdir.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın fondları yerli və xarici ölkələrdən mütəmadi şəkildə daxil olan nəşrlərlə zənginləşməkdə davam edir.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi