azia.az
azia.az

Avstriya Elmlər Akademiyasından MEK-ə yeni nəşr daxil olub

28-02-2022, 15:18

Avstriya Elmlər Akademiyasından MEK-ə yeni nəşr daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Avstriya Elmlər Akademiyasından “Центральная Азия В Эпоху Средневековья И Нового Времени.Общество.Культура.Источники (Orta əsrlərdə və müasir dövrdə Mərkəzi Asiya. Cəmiyyət. Mədəniyyət. Mənbələr)” adlı yeni kitab daxil olub.

Kitab Mərkəzi Asiyanın tarixi problemlərinin öyrənilməsində iştirak edən bir sıra ölkələrin- Özbəkistan, Rusiya, Qazaxıstan, Tacikistan, ABŞ, Fransa, Avstriya, Almaniya tədqiqatçılarının birgə işinin nəticəsidir. Kitabda müəlliflər tarixşünaslığın problemləri ilə bağlı öz fikirlərini bildirir, həmçinin regionun tarixinə və xalqının mədəniyyət tarixinə yeni aspektlərdən yanaşırlar.

Qeyd edək ki, oxucular kitabxanaya yeni daxil olan bu və digər nəşrlərlə MEK-in sərgi salonunda tanış ola bilərlər.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi