azia.az
azia.az

MEK “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub

26-10-2021, 16:49


MEK “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu İDEA İctimai Birliyinin (İB) təşəbbüsü ilə 2014-cü ildən etibarən davam edən “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub.
Layihə çərçivəsində Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən 410 kiloqram kağız tullantı aidiyyatı üzrə təqdim olunaraq, təkrar emala göndərilib.MEK “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub
Layihənin həyata keçirilməsində əsas məqsəd kağız israfını azaltmaq və həmin tullantıların təkrar emalını təşkil etməkdir. “Hər kağızı bir yarpağa dəyişək” adlı bu layihə ətraf mühitin çirklənməsinin qarşısını alaraq, ekologiyanı qorumağa xidmət göstərir.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi