azia.az
azia.az

Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib

15-10-2021, 17:14


Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2021-ci il oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib. Kitabxananın baş direktoru, professor Məmməd Əliyev pandemiyadan sonra MEK-ə ilk daxil olan oxucuya 1 illik oxucu kartı təqdim edib.
Qeyd edək ki, pandemiyailə əlaqəli olaraq iki ilə yaxın idi ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxuculara yerində fəaliyyətini dayandıraraq,onlayn şəkildə həyata keçirirdi. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.
Xatırladaq ki, Mərkəzi Elmi Kitabxanadan COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

(012) 539-73-67 (daxili 14-14)
Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi