azia.az
azia.az

MEK tərəfindən kitabxanaçılar üçün ixtisasartırma təlimləri öz işinə başlayıb

12-10-2021, 21:59

MEK tərəfindən kitabxanaçılar üçün ixtisasartırma təlimləri öz işinə başlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün əlavə peşə təhsili (ixtisasartırma) təlimlərinə start verilib.
Kitabxanaçıların peşəkar fəaliyyətinin artırılması məqsədilə təşkil olunan təlimlər, 10 nəfərlik qruplarda iki həftə müddətinə davam edəcək.
Təlimlərin keçirilməsində əsas məqsəd müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıları məlumatlandırmaq, eyni zamanda yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri bilikləri, kitabxana-informasiya xidmətinin təşkili forma və xüsusiyyətlərini onlara aşılamaqdır. Mütəxəssis işçilər üçün səmərəli olacaq təlimlər, bu sahədə uzunmüddətli fəaliyyət göstərən ixtisaslı MEK əməkdaşları tərəfindən tədris olunacaq.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi