“Polimer kompozisiyaların əsasında bifunksional sorbentlərin alınması və tədqiqi” adlı kitab nəşr olunub
AMEA-nın Polimer Materialları İnstitutunun “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, laboratoriyanın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Reyhan Hacıyevanın həmmüəllifi olduqları “Polimer kompozisiyaların əsasında bifunksional sorbent¬lərin alınması və tədqiqi” adlı kitab işıq üzü görüb. 262 səhifədən ibarət olan kitab Poli¬mer Materialları İnstitutunun Elmi şurasının qərarına əsasən “Zərdabi” nəşriy¬ya¬¬tında çap olunub.
Kitabda təbiətdə yaranmış ekoloji problemlər – ağır metal və neft məhsul¬ları ilə çirklənmiş sahələrin təmizlənməsi istiqamətində aparılan kompleks tədbirlər, laboratoriyada mexaniki-kimyəvi sintez üsulu ilə alınmış müxtəlif polyar polimer qarışıqları əsasında köpüklənmiş polimer sorbentlərin sorbsiyaedici xüsu¬siy¬yətləri haqqında geniş məlumat verilib. Eyni zamanda, müəlliflər tərəfin¬dən su və torpaq səthindən ağır metalların sorbsiya prosesinin nizamlanmasının prinsipial şəraiti, köpüklənmiş polimer sorbentlərin makro-quruluşunun morfoloji təhlilləri aparılıb, işlənib hazırlanmış sorbentlərin neft və ağır metallar üçün yüksək effektivliyə malik olduqları qeyd olunub.
Kitab elmi işçilər, ali təhsil müəssisələrinin müəllimləri, tələbələr, dokto-rantlar, magistrantlar, FHN-nin işçiləri və ekoloji təhlükəsizlik üzrə ixtisas-laşmış mütəxəssislər üçün nəzərdə tutulub.