azia.az
azia.az

Polimer Materialları İnstitutu və “XANİ” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb

15-10-2021, 16:16

Polimer Materialları İnstitutu və “XANİ” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb
Polimer Materialları İnstitutu və “XANİ” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb
AMEA-nın Polimer Materialları İnstitutu və Sumqayıtda yerləşən “XANİ” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən institutun “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” labora-toriyasının əməkdaşlarının müəssisədə alınan polimer tullantılarının təkrar emalı problemi ilə əlaqadar olaraq kompleks şəkildə elmi-tədqiqat işləri aparması nəzərdə tutulur. Polimer Materialları İnstitutu və “XANİ” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb
“XANİ” MMC-nin müəssisələrində görülən işlər və avadanlıqların iş prinsipləri ilə tanış olmaq məqsədi ilə laboratoriyanın müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi ilə laboratoriya əməkdaşları müəssisədə fəaliyyət göstərən plyonka sexində iri və kiçik tutumlu çəlləklərin, boruların və müxtəlif tip məmulatların hazırlanma texnologiyası ilə əyani tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi