Polimer Materialları İnstitutunda magistrantların dərsləri başlayıb
AMEA-nın Polimer Materialları İnstitutunda yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq bu il qəbul olan magistrantlarla görüş keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov görüşü giriş sözü ilə açaraq, ilk dərs günü münasibəti ilə tələbələri təbrik edib və onlara uğurlar arzu edib. 2021-2022-ci dərs ilində Polimer Materialları İnstutunun magistraturasına “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşması üzrə 3 nəfər qəbul olub. Tədris prosesinə yüksək ixtisaslı alimlər cəlb olunub.