azia.az
azia.az

MEK-ə müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olub

29-09-2021, 08:33


MEK-ə müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Ukrayna və İsveçdən ingilis, rus və ukrayna dillərində 15 adda elmi nəşrlər təqdim olunub.
Ukraynanın Kiyev Milli Kitabxanası ilə əmədaşlıq nəticəsində MEK tərəfindən sifariş olunmuş “Ю.Голик, Бесконечность” (Sonsuzluq), “K.V. Lamonova. Modified crystal field theory and its applications” (kristal sahə nəzəriyyəsi və tətbiqləri), “Nanochemical, nanostructural and biocolloidal aspects of transformations in dispersions of iron-aluminosilicate minerals” (Dəmir-alüminosilikat mineralların dispersiyalarında transformasiyaların nanokimyəvi, nanostruktur və biokolloid aspektləri), “Expanded graphite and its composites” (Genişlənmiş qrafit və onun kompozitləri), “Information provision of diagnostic systems for energy facilities” (Enerji qurğuları üçün diaqnostik sistemlərinin informasiya təminatı), “Modern hydrogen energetics and ecology” (Müasir hidrogen enerjisi və ekologiyası), “Apatites and tetraoxide compounds” (Apatitlər və tetraoksid birləşmələri), “Mathematical theory of higher-order degenerate evolution models” (Yüksək dərəcəli dejenerativ təkamül modellərinin riyazi nəzəriyyəsi), “Algebra-algorithmic models and methods of parallel programming” (Paralel proqramlaşdırmanın riyazi-alqoritmik modelləri və üsulları), “Nuclear project: past and present” (Nüvə layihəsi: keçmiş və bu gün), Contactless de-orbiting of space debris by the ion beam: dynamics and control” (Kosmik dağıntıların ion şüası ilə təmassız olaraq orbitə çıxarılması: dinamika və nəzarət), “Информационные системы безопасности и производительности подземных горных работ” (Yeraltı mədən təhlükəsizliyi və informasiya təhlükəsizliyi sistemləri), “Бıблıотечнı послуги: облiк, статистика, еффектiвность” (Kitabxana xidmətləri: mühasibat, statistika, səmərəlilik), “Цифровı бıблıотечнı ресурси та сервıси пıдримки наукових дослıджень” (Rəqəmsal kitabxana mənbələri və tədqiqat dəstək xidmətləri) adlı kitablar, habelə İsveçdən “Elements: An İnternational Magazine of Mineralogy, Geochemistry and Petrology” (Elementlər: Beynəlxalq Mineralogiya, Geokimya və Petrologiya) adlı jurnalı daxil olub.
Nəşrlərdə fizika, kimya, riyaziyyat, mineralogiya, geologiya, informasiya-kommunikasiya təhlüksəziliyi, habelə, ənənəvi və rəqəmsal kitabxana barədə elmi mövzular öz əksini tapıb.
Bununla yanaşı, MEK-in əməkdaşlıq etdiyi Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən “Kolumbiyanın həftəlik informasiya bülleteni”nin (Colombian weekly Newsletter) elektron formatının cari il üzrə 20-23 sentyabr tarixli nömrəsi kitabxanaya təqdim edilib. Sözügedən elektron nəşrdə iqtisadi aktivlik, ətraf mühit və davamlı inkişaf, beynəlxalq əlaqələr, sülh və mədəniyyət kimi mövzular ön plana çıxarılıb.
MEK-in xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi