azia.az
azia.az

MEK-in fondları xarici ədəbiyyatlarla zənginləşir

30-07-2021, 17:59

MEK-in fondları xarici ədəbiyyatlarla zənginləşir
AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Almaniya və Türkiyədən ingilis, alman və türk dillərində elmi nəşrlər təqdim olunub.
Nəşrlər sırasında Almaniyanın Entomologiya İnstitutundan “Contributions to entomology”, Botanika Bağı və Botanika Muzeyinin Kitabxanasından “Willdenowia”, Şərqşünaslıq İnstitutundan “Orient”, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Qurumundan “Belleten”, “Türk Dünyası Tarih Kültür Dergisi” yer alıb.
Nəşrlərdə siyasət, iqtisadiyyat, mədəniyyət mövzuları ilə yanaşı, aksonomiya, filogeniya, zoogeoqrafiya, fauna, bitki, yosun və göbələk sistematikası barədə elmi məqalələr əksini tapıb.
MEK xarici tərəfdaşları ilə əməkdaşlıq nəticəsində oxucularının marağına uyğun olan xarici nəşrlərin əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi